Türkiyənin Nevşehir əyalətinin Kapadokiya bölgəsində açıq hava muzeyinin girişində qayaların çökməsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Ərazidə yağan güclü leysan səbəbindən "pəri bacası" adlanan qaya parçaları insanların olduğu yerə düşüb. Məlumat daxil olduqdan sonra hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb edilib.
Xilasedicilərin apardığı araşdırma zamanı 2 nəfərin qaya parçalarının altında qalaraq öldüyü müəyyən olunub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Əməliyyat qruplarının ərazidəki işləri davam edir.