İsmayıllı şəhərində yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçməyə çalışan şəxs yol-nəqliyyat hadisəsinə səbəb olub.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü paylaşılıb.
Kadrlardan görünür ki, yolu təhlükəli şəkildə keçən gənc oğlan dairədə manevr edən avtomobilə çırpılaraq yerə yıxılır. Bir müddət sonra ayağa qalxan şəxs yoluna davam edir.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qaynar xətt:
(055) 224 12 12