Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub.
Oxu.Az-ın məlumatına görə, rayonun İsmayılbəyli kəndində quyuya düşən 1961-ci il təvəllüdü Məhəmməd Nağıyev Birinci Qarabağ müharibəsində iştirak edib.
O, Ağdərənin Umudlu kəndindən idi.
Xatırladaq ki, hadisə mərhumun həyətində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12