Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.az-ın məlumatına görə, Şəmkir rayon ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onlardan biri dünyasını dəyişib.
Digər zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12