Lənkəranda avtomobilin vurduğu uşaq xəstəxanada vəfat edib.
Oxu.Az xəbər verir ki, hadisə Lənkəran-Lerik magistral yolunun Darquba kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, VAZ-21011 markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən Darquba kənd sakini, 10 yaşlı Ə.Yusubzadəni vurub.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, 2016-cı il təvəllüdlü şəxs (kişi) 27 noyabrda saat 12 radələrində Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub:
"Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 27 noyabr saat 13:10 radələrində qapalı kəllə-beyin travması, sol bazu sümüyünün sınığı, başın ənsə payının açıq yarası diaqnozları təyin edilən pasiyentin bioloji ölüm faktı qeydə alınıb".
Meyit daxili və xarici müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya