Gəncə şəhərində üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkar edilib.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, 1947-ci il təvəllüdlü Zemfira Məmmədovanın meyiti yaşadığı evdə tapılıb.
79 yaşlı qadının meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12