Qubada suvarma kanalına yıxılaraq itkin düşdüyü ehtimal olunan gəncin axtarışları davam etdirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradovun axtarışlarının asanlaşdırılması məqsədilə suvarma kanalına suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, hadisə noyabrın 22-də baş verib. Belə ki, X.Muradov "KamAZ" markalı yük avtomobilini saxlayaraq su götürmək istəyərkən kanala düşüb.
Sözügedən suvarma kanalı Quba rayonu ərazisindən keçərək Samur-Abşeron kanalına birləşir.
Qeyd edək ki, itkin düşən gəncin yaxınları axtarış işlərinin asanlaşdırılması üçün kanala suyun verilməsinin dayandırılmasını xahiş etmişdilər.
İqbal Ziya