Xırdalanda asfalt örtüyü yararsız vəziyyətdə olan Hacı Zeynalabdin Tağıyev küçəsində asfaltlama işləri görüləcək.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, cari ilin sonuna qədər Abşeron rayonunda ümumilikdə 113 min kvadratmetrdən artıq sahənin asfalt örtüyü yenilənəcək:
"Xırdalan şəhərində isə Heydər Əliyev prospekti, İsmayıl Qəsəbov, Məhəmmədhüseyn Şəhriyar, Şirin Mirzəyev küçələrində olmaqla, ümumilikdə 5 min kvadratmetr ərazidə asfalt örtüyünün yenilənməsi planlaşdırılır. Növbəti mərhələdə digər küçə və prospektlərlə yanaşı, Hacı Zeynalabdin Tağıyev küçəsində də işlər aparılacaq. Onu da qeyd edək ki, sözügedən küçədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumları tərəfindən su xətlərinin yenilənməsi işləri aparılıb. Gələn il də küçənin asfalt örtüyü yenilənəcək".