Ağsuda 6 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2020-ci il təvəllüdlü R.Abdullayev Ağsu rayonunda atasına məxsus torpaq sahəsində xırdabuynuzlu heyvanları otararkən güclü külək nəticəsində çinar ağacı qırılaraq üzərinə düşüb. O, hadisə nəticəsində dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12