Azərbaycanda yarımqoşquların idxalı gömrük rüsumlarından azad edilməsi təklif olunur.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ "Gömrük tarifi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, istehsal tarixindən 7 ildən artıq müddət keçməyən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan (qurum) tərəfindən təsdiqlənən qoşquların və yarımqoşquların idxalı 2027-ci il fevralın 1-dən 3 il müddətinə rüsumlardan azad olunması təklif edilir.