Şimali Koreya lideri Kim Çen In Pxenyanda məşhur müğənni Larisa Dolinanın da yer aldığı rusiyalı incəsənət xadimlərinin konsertinə tamaşa edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, dövlət başçısı həyat yoldaşı Li Sol Çju ilə birlikdə Pxenyan Opera Teatrında təşkil olunan tədbirə qatılıb.
Qeyd olunur ki, bu konsert Rusiya və Şimali Koreya arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın XIII iclasına həsr olunub. Musiqili proqram başa çatdıqdan sonra Kim Çen In səhnəyə qalxaraq ifaçılarla söhbət edib və onlara şəxsən öz minnətdarlığını bildirib.
Qeyd edək ki, 71 yaşlı Larisa Dolina Bakıda anadan olub.
