Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampla görüşdən imtina edildikdən sonra bombalar üçün parçalanan materiallar istehsal edən zavodu ziyarət edib və atom başlıqlarına baxış keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Ölkəmizin nüvə potensialı artıq reallığa çevrilib", - deyə o bildirib.
Kim Çen In vurğulayıb ki, KXDR heç vaxt nüvə dövləti statusundan imtina etmək niyyətində deyil və bu arsenal düşmən qüvvələrdən qorunmaq üçün zəruridir.
Xatırladaq ki, noyabrın 19-da Trampın APEC forumunda iştirak etmək üçün Çinə səfəri çərçivəsində Kim Çen Inla görüşmək niyyətində olub. Lakin Şimali Koreya rəhbəri ilə bu görüş baş tutmayıb. KXDR lideri ABŞ barəsindəki son açıqlamalarında rəsmi Vaşinqtonu Cənubi Koreyanın atom sualtı qayığına sahib olmaq səylərini dəstəkləməkdə günahlandırıb.