Censen Huanq "Nvidia" şirkətinin digər qurumun əməkdaşı ilə romantik əlaqədə olan yeganə rəhbər şəxsi deyil.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məlum olub ki, "Nvidia"nın baş direktorunun uzun illər köməkçisi olmuş Cey Puri, Çinlə əlaqəli "Super Micro Computer" şirkətinin top-meneceri Senli Çen ilə bir neçə il görüşüb. Bu ilin martın 7-də Puri və Çen rəsmi şəkildə evləniblər.
"Super Micro" şirkətində biznesin inkişafı üzrə direktor vəzifəsində çalışan Çen tez-tez Puri ilə ünsiyyətdə olurdu. O, "Super Micro"nun baş icraçı direktoru ilə birlikdə "Nvidia"nın ofislərinə səfərlər edir və həmin görüşlərdə "Nvidia"dan "Super Micro" müştəriləri üçün çiplər tədarük etməsini təkidlə tələb edirdi. "Super Micro"da keçirilən satış iclasları zamanı Çen komanda üzvlərinə "Nvidia" ilə bağlı suallar yaranarsa, ona müraciət etməyə təşviq edib və özünü hər cür vəziyyətdə kömək edə biləcək şəxs kimi təqdim edib.
Çen şəxsi həyatının onun peşəkar fəaliyyətinə heç bir təsiri olmadığını bildirərək bu barədə şərh verməkdən imtina edib. Yaxın zamanlarda "Nvidia"nın qlobal satış şöbəsinin rəhbəri postunu tərk edən Purinin özü və şirkət nümayəndələri jurnalistlərin sorğularını cavabsız qoyublar.
Qeyd edək ki, bir müddət əvvəl Çin casusu ilə yaşadığı romantik münasibətə görə işdən çıxarılan "Nvidia" rəhbəri Censen Huanq ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 11 gündən sonra yenidən prezident və direktor vəzifəsinə qayıdıb. Bundan sonra "Nvidia" şirkətinin qurucusu Censen Huanqın sərvəti təxminən 34 milyard dollar artıb.