Dünyanın ən böyük parol menecerlərindən biri olan "1Password" kiberhücuma məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin rəsmi veb-saytında yayımlanan məlumatda qeyd olunub.
Bildirilib ki, kibercinayətkar "1Password" şirkətinin əməkdaşlarından birinin "GitHub"dakı korporativ hesabına giriş əldə edib. Daha sonra o, ilkin koda daxil olaraq server xidmətlərinə zərərli proqram kodu yerləşdirib. Bu addım xidmət istifadəçiləri barədə inzibati məlumatların kənar şəxslər tərəfindən yüklənməsi ilə nəticələnib.
"Sözügedən məlumatlara müştərilərin adları, elektron poçt ünvanları, eləcə də məxfi hesab edilməyən hesablarla bağlı daxili metaməlumatlar daxildir. Bununla belə, haker müştərilərin fərdi məlumat bazalarına giriş əldə edə bilməyib", - deyə şirkətin bəyanatında nəzərə çatdırılıb.