ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) bu ilin oktyabr ayında "Binance" birjasından oğurlanmış 1.2 milyard dollardan (910 milyon funt sterlinq) çox dəyərində kriptovalyutanı müsadirə edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Məlumata görə, ABŞ hökuməti və özəl sektor "Binance"dan oğurlanan vəsaitlərin 2.7 milyard dollardan (2 milyard funt sterlinq) çox hissəsini dondurmağa nail olub.
Noyabrın 12-də Ədliyyə Nazirliyi bu məbləğin 1.2 milyard dollardan artıq hissəsinə həbs qoyulması və ya girişin məhdudlaşdırılması üçün məhkəmədən icazə aldığını açıqlayıb.
Belə hallarda adətən ABŞ hökuməti müsadirə ilə bağlı məhkəməyə müraciət edir. Məhkəmə isə öz növbəsində qaytarılmış vəsaitlərə kimin qanuni hüququ olduğunu müəyyənləşdirir.
Oktyabrın 30-da məlum olub ki, ilkin məlumatlara görə, "Binance" birjasının sındırılmasının arxasında Şimali Koreyadan olan hakerlər dayanırlar.
Hücumun əvvəllər "Bybit"ə qarşı da kiberhücumda iştirak etmiş Şimali Koreyanın "TraderTraitor" haker qruplaşması tərəfindən həyata keçirildiyi ehtimal edilir.
Daha sonra "Binance" kriptovalyuta birjası haker hücumu nəticəsində oğurlanmış aktivlərin 90%-ni bərpa edib.