Azərbaycan millisinin futbolçusu Toral Bayramov mətbuat konfransında suala yumorla cavab verib.
Oxu.Az bildirir ki, Lixtenşteynlə oyunöncəsi keçirilən mətbuat konfransında müdafiəçi baş məşqçinin ona şans verdiyi istənilən mövqedə oynamağa hazır olduğunu bildirib.
Jurnalistin onun qapıçı kimi də meydana çıxa biləcəyi barədə sualına isə Toral Bayramovun reaksiyası maraqlı olub. O, həmin mövqedə hələ oynamadığını zarafatla vurğulayıb:
"Baş məşqçimiz hansı mövqedə mənə şans versə, harada inansa, mən də orada əlimdən gələnin ən yaxşısını etməyə çalışıram: bircə qapı qalıb, inşallah, orada da".
Qeyd edək ki, Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirəcək. Yığmamız səfərdə Lixtenşteynlə qarşılaşacaq.