Azərbaycan millisinin və Türkiyənin "Bursaspor" klubunun üzvü Toral Bayramov qeyri-adi avtoqola imza atıb.
Oxu.Az xəbər verir ki, avtoqol Türkiyə 1-ci liqasında "Antalyaspor"a qarşı oyunda qeydə alınıb.
Belə ki, qarşılaşmanın ilk hissəsinə əlavə edilmiş 6-cı dəqiqədə Bayramov topu öz qapılarından uzaqlaşdırmaq istəyib. Bu zaman kobud səhvə yol verən azərbaycanlı futbolçu uzaq məsafədən aşırma zərbə ilə topu öz qapısından keçirib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. T.Bayramov oyunun 79-cu dəqiqəsində əvəzlənib.