İslandiyanın "Vikinqur" klubunun qapıçısı İnqvar Yonsson 37 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə futbol klubu rəsmi açıqlama yayıb.
Məlumata görə, təcrübəli qolkiper onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Yonsson 2020-ci ildən "Vikinqur"un şərəfini qoruyub. Bu müddət ərzində o, klubun heyətində 176 oyuna çıxıb.
Təcrübəli qapıçı İslandiya millisinin də şərəfini qoruyub, 2016-cı ildə keçirilən Avropa çempionatında (AÇ-2016) yığmanın heyətində yer alıb. Qolkiper həmin vaxt İslandiya millisinin iştirak ərizəsində yer alsa da, ehtiyat qapıçı funksiyasını yerinə yetirib. Yonsson 2014-2019-cu illər aralığında 8 qarşılaşmada millinin heyətində meydana çıxmaq şansı qazanıb. Futbolçu sonuncu dəfə yığmaya 2022-ci ildə dəvət alıb.