Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi yığmanın tarixində qol vuran ən yaşlı futbolçu olub.
Oxu.Az bu barədə "Ole" nəşrinə istinadən xəbər verir.
Messi İslandiyaya qarşı keçirilən yoldaşlıq oyununda (3:0) fərqlənib. "İnter Mayami"nin forvardı oyuna sonradan daxil olaraq penaltini dəqiq yerinə yetirib.
Qol vurduğu anda Messi 38 yaş 350 günlüyündə olub. O, 1957-ci ildən bəri rekordu əlində saxlayan Anxel Labrunanın nailiyyətini geridə qoyub.
Labruna 38 yaş 282 günlüyündə "Marakana" stadionunda Braziliyanın qapısına qol vurmuşdu (2:1).