UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda "Yuventus" doğma meydanda "Omoniya"ya 4:1 hesabı ilə qalib gəlib.
Oxu.Az xəbər verir ki, Turin təmsilçisinin heyətində Andrea Kambyaso (37-ci dəqiqə), Cef Ehtor (43), Fransişku Konseysau (68) və Ceremi Boqa (73) fərqləniblər.
Qonaqların yeganə qolunu isə 15-ci dəqiqədə Lyubomir Satka vurub.
Bu qələbədən sonra xallarının sayını 13-ə çatdıran "Yuventus" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Altı xalı olan "Omoniya" isə 25-ci yerdədir.