UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda Türkiyənin "Beşiktaş" klubu İsrailin "Hapoel Beer-Şeva" komandasını 2:1 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, Gürcüstanın Batumi şəhərindəki "Batumi Arena" stadionunda keçirilən qarşılaşmada hesabı 75-ci dəqiqədə Junior Olaytan açıb.
15 dəqiqə sonra Orkun Kökçü Duşan Vlahoviçin ötürməsindən sonra hesab arasındakı fərqi iki topa çatdırıb. 90+4-cü dəqiqədə Ceyvon İst qollardan birinin əvəzini çıxsa da, qonaqlar hesabı bərabərləşdirə bilməyiblər.
Bu qələbədən sonra "Beşiktaş" 10 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. "Hapoel Beer-Şeva" isə bir xalla 35-ci yerdədir.
Xatırladaq ki, oyun təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə "Beşiktaş" azarkeşləri arasında baş verən qarşıdurma səbəbindən yarımçıq dayandırılmış sonra isə bərpa edilmişdi.