Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, oyun günündə 8 qarşılaşma baş tutacaq.
A Liqasının III qrupunda Xorvatiya İngiltərəni, İspaniya isə Çexiyanı qəbul edəcək.
B Liqasının I qrupunda Şimali Makedoniya Şotlandiya ilə, İsveçrə isə Sloveniya ilə üz-üzə gələcək.
C Liqasının I qrupunda Finlandiya Albaniyanı, Belarus isə San-Marino ilə qarşılaşacaq.
C Liqasının IV qrupunda isə Estoniya Lüksemburqla, İslandiya Bolqarıstanla münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Millətlər Liqası
3 oktyabr
A Liqası, III qrup
20:00. Xorvatiya - İngiltərə;
22:45. İspaniya - Çexiya.
B Liqası, I qrup
22:45. Şimali Makedoniya - Şotlandiya;
22:45. İsveçrə - Sloveniya.
C Liqası, I qrup
17:00. Finlandiya - Albaniya;
20:00. Belarus - San-Marino.
C Liqası, IV qrup
20:00. Estoniya - Lüksemburq;
20:00. İslandiya - Bolqarıstan.