UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlar keçirilib.
Oxu.Az xəbər verir ki, maraqla gözlənilən qarşlaşmalardan biri A Liqasının IV qrupunda Danimarka və Norveç milliləri arasında baş tutub.
Kopenhagendəki "Parken" stadionunda keçirilən qarşılaşma Norveç yığmasının 2:3 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 11-ci dəqiqədə Rasmus Hoylund açaraq Danimarkanı önə keçirib. Dörd dəqiqə sonra Pyer-Emil Höybyerq meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.
37-ci dəqiqədə Martin Ödeqor Danimarkanın qapıçısı Mads Hermansenin səhvindən istifadə edərək topu Holanda ötürüb. Hücumçu bu dəfə fürsəti qaçırmayıb və hesabı 2:1 edib.
Oyunun 84-cü dəqiqəsində Martin Ödeqor hesabı bərabərləşdirib. Əlavə olunmuş 6-cı dəqiqədə isə Holand penaltini dəqiq yerinə yetirərək Norveçə qələbə qazandırıb - 2:3.
Qrup mərhələsinin yekunlarına əsasən, Danimarka 9 xalla üçüncü yeri tutub və A Liqasındakı yerini qorumaq üçün pley-off oyunlarında iştirak edəcək. Eyni xala malik Norveç isə ikinci pillədən turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
A Liqası, IV qrup
Uels - Portuqaliya - 2:3.
B Liqası, II qrup
Macarıstan - Şimali İrlandiya - 1:1;
Ukrayna - Gürcüstan - 1:0.
III qrup
İrlandiya - Kosovo - 3:0;
İsrail - Avstriya - 1:1.
IV qrup
Bosniya və Herseqovina - Rumıniya - 2:1;
Polşa - İsveç - 1:1.