ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilir ki, əməliyyat zamanı qeyri-qanuni miqrant Konstitusiya avenyusunda park edilmiş avtomobilin içində olub. Onun şübhəli hərəkətləri Məxfi Xidmət əməkdaşlarının diqqətini cəlb edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ona yaxınlaşdıqda isə kişi başındakı səslərin ona Vaşinqtona gedərək Trampı öldürməyi əmr etdiyini söyləyib.
Nəqliyyat vasitəsinə baxış keçirilərkən oradan odlu silah və döyüş sursatları aşkar edilərək götürülüb.