"Binance" kriptovalyuta birjasından 6.3 milyardlıq oğurluğa səbəb olan haker hücumunun arxasında eşq macərası dayana bilər.
İddialara əsasən, şirkətin mühəndislərindən biri Şimali Koreyadan olan casus xanımla "romantik" münasibətlər yaradıb. Qadın casus onun kompüterindən istifadə etməklə haker hücumuna zəmin hazırlayıb.
Oxu.Az xəbər verir ki, irimiqyaslı kiberhücumun hədəfi olan "Binance" kriptovalyuta birjasının həmtəsisçisi Yi He şirkət mühəndislərindən birinin KXDR (Şimali Koreya) casusu ilə ehtimal olunan sevgi münasibətləri barədə yayılan bu iddianı təkzib edib:
"Bu hekayə dramatikdir, lakin həqiqət deyil".
Xatırladaq ki, daha əvvəl ABŞ-nin Federal Təhqiqatlar Bürosu Şimali Koreya rəhbərliyini "Binance" platformasına qarşı böyük haker hücumu təşkil etməkdə günahlandırıb.
Oktyabrın 29-da kriptobirja kiberhücuma məruz qaldığını rəsmən açıqlamışdı. Dəyən zərərin 6.3 milyard dollar ola biləcəyi təxmin edilir.