Rusiya ordusu noyabrın 22-də pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Kiyev vilayətinin Dımer qəsəbəsində beşmərtəbəli yaşayış binasına zərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.
"Bu səhərdən etibarən Kiyev vilayətinin Dımer qəsəbəsində axtarış-xilasetmə əməliyyatı davam edir. Artıq doqquz nəfər təxliyə edilib, yanğın lokallaşdırılıb. Təəssüf ki, dağıntılar altında hələ də insanlar ola bilər. 14 nəfərlə əlaqə saxlamaq mümkün olmayıb", - deyə Zelenski bildirib.
Prezident, həmçinin Rusiya ordusunun Zaporojyedə yaşayış evlərinə idarəolunan aviasiya bombaları (KAB) ilə endirdiyi zərbə nəticəsində bir uşağın yaralandığını açıqlayıb.