"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi Şimali Amerikanın Əsas Futbol Liqasının (MLS) pley-off mərhələsinin ilk turunda "Kolambus Kryu" ilə keçirilən qarşılaşmada rəqib futbolçunun üzünə top atıb.
Oxu.Az xəbər verir ki, qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatan matçda insident birinci hissəyə əlavə olunmuş vaxtda, "İnter Mayami"nin 0:1 hesabı ilə geridə olduğu zaman baş verib.
Messi aut atışı zamanı topu qəsdən rəqib komandanın çilili hücumçusu Qonsalo Tapianın üzünə atıb. Bu hərəkətinə görə argentinalı futbolçu sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, Qonsalo Tapia həmin qarşılaşmada dubl edib.
Komandalar arasında növbəti oyun noyabrın 28-də keçiriləcək.