İspaniya La Liqasının 13-cü turunda "Real Madrid" klubu doğma meydanda "Selta"nı 2:1 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda keçirilən qarşılaşmanın baş hakimi Adrian Kordero Veqa olub.
Matçda hesabı altıncı dəqiqədə "Selta"nın hücumçusu Pablo Duran açıb. 39-cu dəqiqədə "Real"ın hücumçusu Kilian Mbappe penaltini dəqiq yerinə yetirə bilməyib. 66-cı dəqiqədə Cud Bellinqem hesabı bərabərləşdirib. 85-ci dəqiqədə isə Karlos Espi "Real"a qələbə qazandıran qolu vurub.
Bu qələbədən sonra 13 oyunda 33 xal toplayan "Real" turnir cədvəlində "Barselona" ilə bərabərləşib. "Selta" isə 13 xalla 13-cü pillədə qərarlaşıb.