"Real Madrid"lə yeni müqavilə bağlayan türkiyəli futbol ulduzu Arda Gülerin məvacibinin təxminən iki dəfə artdığı bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Capology" maliyyə məlumat bazasından bildirilib.
Məlumata görə, istedadlı oyunçunun 2025/26 mövsümündəki 5.21 milyon avroluq sabit maaşı 2026/27 mövsümündə ikiqat artaraq 10.42 milyon avro təşkil edəcək. Bonuslarla birlikdə isə türk oyunçunun "Kral klubu"nda illik gəliri 13.2 milyon avroya çatacaq.
Cari mövsümdə "Real Madrid" forması ilə meydana çıxdığı 14 qarşılaşmada 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalan Gülerin hazırkı transfer dəyəri 100 milyon avro olaraq qiymətləndirilir.