"Real Madrid" klubu Türkiyə millisinin futbolçusu Arda Gülerlə yeni müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, Madrid təmsilçisinin rəsmi açıqlamasına əsasən, 21 yaşlı yarımmüdafiəçi 2032-ci il iyunun 30-dək komandada çıxış edəcək.
Arda Güler 2023-cü ilin iyulunda "Real Madrid"ə qoşulub. O, paytaxt klubunun heyətində indiyədək 126 matçda meydana çıxıb və beş titul qazanıb.
Qeyd edək ki, Türkiyə millisinin üzvü indiyədək milli komandanın heyətində 38 oyun keçirib.
Qaynar xətt:
(055) 224 12 12