İspaniyanın "Real Madrid" futbol klubu belçikalı qapıçı Tibo Kurtua ilə müqaviləni yeniləyib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 30 iyun 2028-ci ilədək qüvvədə olacaq.
Bir müddət əvvəl Kurtua Belçika yığmasındakı karyerasını dayandırdığını, lakin 2028-ci il Avropa çempionatının (AÇ-2028) seçmə mərhələ oyunlarında iştirak etmək üçün milliyə qayıda biləcəyini vurğulamışdı.
Qeyd edək ki, 34 yaşlı qolkiper 2018-ci ilin yayından "Real Madrid"in formasını geyinir. O, karyerası ərzində Belçikanın "Genk", İngiltərənin "Çelsi" və İspaniyanın "Atletiko Madrid" klublarında da çıxış edib. Belçika millisində 2018-ci il dünya çempionatının (DÇ-2018) bürünc mükafatçısı olub və mundialın ən yaxşı qolkiperi seçilib.