Belçika millisinin qapıçısı Tibo Kurtua Millətlər Liqasında iştirak etməyəcək.
Oxu.Az xəbər verir ki, 34 yaşlı qolkiper yeni baş məşqçi Mark van Bommel ilə görüşdən sonra turnirdə çıxış etməmək qərarına gəlib.
Kurtua bildirib ki, yalnız zədələr səbəbindən komandada ciddi problemlər yaranacağı təqdirdə milliyə qoşula bilər. O, Belçikanın "Final Four" mərhələsinə yüksələcəyi halda da həmin oyunlarda iştirak etməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Kurtua daha əvvəl dünya çempionatından sonra bir il müddətinə fasilə vermək istədiyini bildirmişdi. O, Avropa çempionatının seçmə mərhələsi oyunlarında yenidən Belçika millisinin heyətinə qoşulmağa hazır olduğunu qeyd edib.