İspaniyalı müdafiəçi Mark Kukurelya "Real Madrid"in heyətində ən çox bəyəndiyi futbolçunun Arda Güler olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, o bu barədə COPE radiosunun "El Partidazo de COPE" proqramına müsahibəsində danışıb.
Kukurelya Kilian Mbappe, Cud Bellinqem və Tibo Kurtua kimi ulduzların adını çəkə biləcəyini, lakin daha az diqqət görən futbolçunu seçmək istədiyini deyib.
"Mbappe, Bellinqem və ya Kurtuanın adını çəkə bilərdim. Amma mənim çox bəyəndiyim və bir qədər kölgədə qalan futbolçunun adını deyəcəyəm: Arda Güler. O, çox keyfiyyətli oyunçudur. Arda meydanda olanda fərqli oynayırıq. O məni ən çox təəccübləndirən futbolçudur", - deyə Kukurelya bildirib.