İspaniya milli komandasının müdafiəçisi Mark Kukurelya 2026-cı il dünya çempionatındakı zəfərdən sonra milli komandanın baş məşqçisi Luis de la Fuentenin şərəfinə döymə etdirib.
Oxu.Az xəbər verir ki, bu barədə Sportbox.ru saytı məlumat yayıb.
Xatırladaq ki, DÇ-2026-nın final matçından öncə Kukurelya çempion olacaqları təqdirdə De la Fuentenin portretini döymə etdirəcəyinə söz vermişdi. Luis de la Fuentenin rəhbərlik etdiyi İspaniya millisi həlledici qarşılaşmada Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
İspaniyalı futbolçu verdiyi sözə əməl edərək sosial şəbəkə hesabında sol qolunda 65 yaşlı mütəxəssisin üzü əks olunmuş döymənin fotosunu paylaşıb.
