İngiltərə Premyer Liqasının XII turunda "Arsenal" və "Mançester Siti" komandaları üz-üzə gəliblər. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Oxu.Az xəbər verir ki, Londondakı "Emirates" stadionunda keçirilən matçda hesabı 34-cü dəqiqədə Erlinq Holand açıb. Beş dəqiqə sonra Kay Haverts tarazlığı bərpa edib.
Görüşün 48-ci dəqiqəsində Enzo Fernandes "Mançester Siti"ni yenidən hesabda önə keçirib. Lakin 83-cü dəqiqədə Yurriyen Timber "Arsenal"a heç-heçə qazandıran qolu vurub.
Bu nəticədən sonra "Arsenal" 29 xalla turnir cədvəlinə başçılıq edir. 23 xalı olan "Mançester Siti" isə ikinci pillədə qərarlaşıb.
Növbəti turda "Arsenal" dekabrın 2-də "Brentford"la, "Mançester Siti" isə həmin gün "Lids Yunayted"lə qarşılaşacaq.