Misli Premyer Liqasında XIII turun növbəti görüşləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk olaraq "Şamaxı" doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. Ev sahibləri 14 xalla yeddinci, qonaqlar 11 xalla doqquzuncu pillədə qərarlaşıblar.
Günün ikinci qarşılaşmasında "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlayacaq. Ağdam təmsilçisi 20 xalla dördüncü sıradadır. "Sumqayıt" isə 10 xalla onuncu yerdədir.
Misli Premyer Liqası
II dövrə
XIII tur
29 noyabr
14:30. "Şamaxı" - "Qəbələ"
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Ruslan Quliyev;
VAR: Cavid Cəlilov;
AVAR: Kərim Zeynalov;
Hakim-inspektor: Anar Salmanov;
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu.
17:00. "Qarabağ" - "Sumqayıt"
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Orxan İbişov, Nazim Abdullayev;
VAR: Əliyar Ağayev;
AVAR: Akif Əmirəli;
Hakim-inspektor: Asim Xudiyev;
AFFA nümayəndəsi: Elçin Məmmədov;
"Azersun Arena".