Çinli tədqiqatçılar Tibet yaylasının şimal-şərq hissəsində ilk dəfə cənub mamontunun bütöv kəllə sümüyünü aşkar ediblər.
Oxu.Az "Xinhua"ya istinadən xəbər verir ki, kəllə sümüyü və bir cüt mamont dişi hələ avqust ayında tapılıb.
Çin Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən institutda tapıntı üzərində aparılan sonrakı tədqiqatlar onun 1,3-2 milyon il əvvəl yaşamış cənub mamontuna aid olduğunu müəyyənləşdirməyə imkan verib.
Nəşrin məlumatına görə, bu kəşf Avropa və Asiyada aşkar edilmiş nümunələrin müqayisəli təhlilinin aparılmasına imkan yaradacaq.