ABŞ-nin Kaliforniya ştatının Manhetten-Biç şəhəri yaxınlığında 5 maqnitudalı zəlzələ baş verib. İlkin məlumata görə, xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Los-Anceles Yanğınsöndürmə Departamenti zəlzələdən sonra xüsusi iş rejiminə keçib. İnfrastruktur obyektlərinə mümkün ziyanın müəyyənləşdirilməsi məqsədilə 106 yanğınsöndürmə məntəqəsinin əməkdaşları müvafiq ərazilərə göndəriliblər.
Manhetten-Biç şəhər rəhbərliyi sakinləri mümkün təkrar yeraltı təkanlara (afterşoklara) hazır olmağa çağırıb.
Bildirilib ki, hazırda sunami təhlükəsi yoxdur.