İraq Çempionatının "Karbala" və "Zaxo" komandaları arasında keçirilən futbol matçı qeyri-adi səbəbdən 14-cü dəqiqədə başa çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mash on Sport" "Telegram" kanalı məlumat verib.
"Karbala" komandası matça heyətində cəmi yeddi futbolçu ilə çıxıb - digər futbolçular əməkhaqqı üzrə borclar səbəbindən oynamaqdan imtina ediblər. 14-cü dəqiqədə komanda oyunçularından biri zədələnib və bundan sonra "Karbala" altı oyunçu ilə qalıb. Bu məqamda hakim matçı 2-0 hesabı ilə "Zaxo"nun xeyrinə dayandırıb. "Karbala" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
"Karbala"nın maliyyə problemləri barədə ilk dəfə hələ 2025-ci ildə İraq Maliyyə Nazirliyi kluba pul köçürməyi dayandırdığı zaman məlum olub. Nəticədə klub özəl sponsorların hesabına fəaliyyətini davam etdirməyə məcbur olub.