"Qalatasaray" və Türkiyə milli komandasının futbolçusu Yunus Akgün Tuğçe Alaca ilə ailə həyatı qurub.
Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, toy mərasimində Fatih Terim, Okan Buruk və Sergen Yalçın kimi tanınmış simalar da iştirak ediblər.
Yunus Akgün uzun illərdir birlikdə olduğu Tuğçe Alaca ilə münasibətlərini nikahla rəsmiləşdirib.
26 yaşlı futbolçu 2024-cü ildə Tuğçe Alacaya evlilik təklifi edərək ailə qurmaq yolunda ilk addımı atmışdı.
Nikah şahidləri arasında Fatih Terim, "Qalatasaray"ın prezidenti Dursun Özbek, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk, komanda yoldaşı Abdülkerim Bardakcı və Emre Taşdemir yer alıblar.