UEFA Çempionlar Liqasının "Aston Villa" ilə matçında üzündən zədə alan "Qalatasaray"ın hücumçusu Deniz Gül əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçunun burnunda geniş dəri zədələnməsi və sınıq aşkarlanıb. O, bu gün plastik cərrahiyyə və qulaq-burun-boğaz mütəxəssislərinin iştirakı ilə əməliyyat keçirib.
Xatırladaq ki, "Qalatasaray"a "Aston Villa" üzərində qələbə (1:0) qazandıran qolun müəllifi Deniz Gül olub. Qol epizodu zamanı "Aston Villa"nın futbolçusu Nikolas Ceksonun ayağı Gülün burnuna dəyib.