"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv V tur çərçivəsində İspaniyanın "Barselona" klubunun U-19 komandası ilə üz-üzə gələcək.
Qarşılaşma bu gün, noyabrın 25-də "Bank Respublika Arena"da keçiriləcək. Görüş saat 15:00-da başlayacaq.
"Sabah"ın U-19 komandası turnirdə keçirdiyi əvvəlki dörd oyunun hamısında məğlub olub və xalsız 36-cı pillədə qərarlaşıb. "Barselona" isə 5 xalla 22-ci yerdədir.