"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının əsas mərhələsində bu gün ilk oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, Adino Mustedanagiçin baş məşqçisi olduğu komanda səfərdə "Mançester Yunayted"in U-19 kollektivinin qonağı olacaq.
Qarşılaşma İngiltərənin Li şəhərində yerləşən "Li Sports Villic" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Matçı Belçikadan olan FIFA referisi Simon Burdodui idarə edəcək.
Qeyd edək ki, "Sabah" U-19 komandası tarixində ilk dəfə iştirak etdiyi UEFA Gənclər Liqasının əsas mərhələsində "Barselona", "Vilyarreal", "Borussiya Dortmund", "Slaviya Praqa" və "Vikinq"lə də qarşılaşacaq.