"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında məğlubiyyətlə üzləşib.
Oxu.Az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Xorvatiyanın "Dinamo Zaqreb" klubunun müvafiq yaş qrupundan ibarət komandasına uduzub.
"Azersun Arena"da keçirilən görüş rəqib komandanın 1:2 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın futbolçusu Viktor Ani Çidioke 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 4-də Zaqrebdə keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) - "Pafos" (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.
"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv turnirin II təsnifat mərhələsində Xorvatiyanın "Dinamo Zaqreb" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
"Azərsun Arena"da keçiriləcək görüş saat 15:30-da başlayacaq.
Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) - "Pafos" (Kipr) duelinin qalibi ilə üz-üzə gələcək.