Əfqanıstanın Kunar bölgəsində məktəbdə partlayış baş verib.
Bu barədə Oxu.Az xarici mediaya istinadən məlumat verir.
Xəbərə görə, partlayış nəticəsində ən azı 25 nəfər həlak olub, təxminən 50 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis və sağlamlıq qrupları göndərilib.
Partlayışın səbəbi hələlik məlum deyil.
Qaynar xətt:
(055) 224 12 12