Əfqanıstan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə - Şuşa, Ağdam, Xocalı və Füzuli şəhərlərinə səfəri nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi və Əfqanıstan Strateji Araşdırmalar Mərkəzinin (CSS) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə məlumat verilib.
Qeyd edilib ki, tədbir, həmçinin regional bağlantılar və iqtisadi əməkdaşlıq üzrə ortaq maraqların müəyyənləşdirilməsi, gələcək ekspert mübadiləsi və birgə təşəbbüslər üçün yeni imkanların müzakirəsinə şərait yaradıb.