Gürcüstanın Batumi şəhərində ali təhsil alan iki gənc "Beşiktaş" azarkeşi küçədə gürcülərdən ibarət 3-4 nəfərlik qrup onlara yaxınlaşaraq boyunlarındakı "Beşiktaş" şərflərini çıxarmalarını tələb edib.
Oxu.Az IHA agentliyinə istinadən xəbər verir ki, Batumidəki "Hilton" hotelinin yaxınlığında baş verən hadisə zamanı türkiyəli gənclər müqavimət göstərərək şərfləri verməkdən imtina ediblər.
Bundan sonra gənclər döyülüblər, onlardan biri isə çiynindən bıçaqlanıb.
Hotel əməkdaşlarının məlumatı əsasında əraziyə polis və təcili tibbi yardım briqadası çağırılıb. Tibb işçiləri yaralı azarkeşə ilkin tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya aparıblar.
Tələbənin səhhətinin yaxşı olduğu bildirilir.