İsveçrənin Lindau bələdiyyəsində, A1 avtomagistralının Sankt-Qallen istiqamətində 35-dən çox avtomobilin iştirakı ilə baş verən qəza nəticəsində 10 nəfər xəsarət alıb.
Oxu.Az Zh.ch-yə istinadən xəbər verir ki, bu barədə Sürix polisinin bəyanatında bildirilir.
Qeyd olunub, səhər saatlarında bir neçə toqquşma baş verib. Qəzalarda ümumilikdə 23 minik avtomobili, 6 furqon və 8 yük maşını iştirak edib. Qəza nəticəsində zədələnən avtomobillərin böyük hissəsini təxliyə etmək lazım gəlib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, altı nəfər yüngül, dörd nəfər isə orta ağır xəsarətlər alıb.