Türkiyədə İstanbul prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin İstintaqı İdarəsi tərəfindən "fahişəlik, narkotik və ya psixotrop maddələrin ticarəti", "narkotik və ya psixotrop maddələrin təmin edilməsi", eləcə də "narkotik maddələrdən istifadə və ya onların saxlanılması" cinayətləri ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan və aralarında müğənni Özcan Deniz və aktrisa Deniz Çakırın da olduğu 24 şübhəlidən 16-nın narkotik test nəticələri məlum olub.
Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, Məhkəmə-Tibbi Ekspertiza İnstitutunda aparılan yoxlamalar zamanı Deniz Sözen, Ufuk Gündoğdu və Mehmet Cam Karcının narkotik testinin nəticəsi müsbət olub.
Deniz Çakır, Muammer Kapucuoğlu, Pınar Bent, İbrahim Yılmaz, Cem Güler, İlknur Şahin, Işıl Işık Demet, Burcu Özberk, Özden Cerrahoğlu, Özcan Deniz, Ceylan Kaya və Burhan Karacanın test nəticələri isə mənfi çıxıb.
Digər tərəfdən, Cansu Taşkından götürülən nümunələrdə "Kodein" maddəsi aşkarlanıb.