Türkiyənin milli təhsil naziri Yusuf Tekin dərsliklərdə "Orta Asiya" ifadəsinin əvəzinə "Türküstan" adından istifadə olunmağa başlanıldığını açıqlayıb.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Nazir Tekin İkinci Dünya müharibəsindən sonra formalaşan ikiqütblü dünya nizamında türk dünyasının qardaşlıq əlaqələrini zəiflədən ideoloji anlayışların təhsil proqramlarına daxil edildiyini deyib.
O, "Türküstan" əvəzinə "Orta Asiya" ifadəsinə üstünlük verilməsini bu dəyişikliyin nümunələrindən biri kimi göstərib və terminologiyanın minilliklərə söykənən tarixi irsə uyğun şəkildə yenidən nəzərdən keçirildiyini qeyd edib.